Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
"Qarabağ" Futbol Klubunun nümayəndələri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzinə təşkil edilən infoturda iştirak edib.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda heyətinin iştirakı ilə baş tutan infoturda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov iştirak edib.
Mərkəzlə tanışlıq zamanı P.Əkbərov Mərkəzdə tətbiq olunan müasir reabilitasiya texnologiyaları, xüsusilə idman zədələrinin bərpası və idmançıların performans reabilitasiyası sahəsində istifadə olunan innovativ avadanlıqlar barədə geniş təqdimatla çıxış edib.
O, mərkəzdə mövcud olan robotik sistemlərin, yüksək dəqiqlikli analiz cihazlarının və fərdi proqramlaşdırılmış reabilitasiya metodlarının idmançıların daha sürətli və effektiv bərpasına imkan yaratdığını xüsusi vurğulayıb.
Komanda üzvləri mərkəzin imkanları ilə yaxından tanış olaraq bir sıra avadanlıqları praktiki şəkildə sınaqdan keçiriblər. Onlar avadanlıqların funksionallığı, reabilitasiya prosesinə verdiyi üstünlüklər və idman performansının yaxşılaşdırılmasında rolu ilə bağlı mütəxəssislərdən ətraflı məlumat alıblar.
Qalereya
Oxşar xəbərlər
DSMF-nin son 7 ildə gəlir və xərclərinin statistikası açıqlanıb
2018-2026-cı illər ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2,2 dəfə artıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sos...