Qurban bayramı günü Bakıda külli miqdarda yararsız ət aşkarlandı - FOTO

13
avq
2019
21:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində 851 kq baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan, istifadəyə yararsız ət aşkar olunub.AQTA-dan BAKU.WS-ə bildirilib ki, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kq heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Qalereya
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi üçün ayrılan yerlərin siyahısı açıqlanıb – SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb...
