Qubadlıda yeni yaşayış məhəlləsi tikiləcək – 36,2 milyonluq LAYİHƏ
Qubadlı şəhərində yeni yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub. Layihə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davamı kimi həyata keçiriləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, quruculuq işini Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.
Layihənin ümumi dəyəri təxminən 36,2 milyon manat olaraq qiymətləndirilir.
Qeyd edək ki, Qubadlı şəhərində yerləşəcək yaşayış məhəlləsində çoxmənzilli binaların tikintisi və digər tikinti-quraşdırma işləri reallaşdırılacaq. Bu işlərə binaların inşası, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və ətraf infrastrukturun qurulması daxildir.
Layihənin əsas məqsədi bölgədə yaşayış şəraitini bərpa etmək, köçkünlərin geri qayıdışını təmin etmək və şəhərin müasir şəkildə yenidən qurulmasına töhfə verməkdir.
Oxşar xəbərlər
FHN metroda təlim keçirib
Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC metronun "Koroğlu" və "Ulduz" stansiyalarında taktiki-xüsusi təlim keçiriblər. Bu barədə BAKU.WS-ə FHN-in...