Quba-Xaçmaz regionunda vəzifə tutmaq istəyənlər üçün FÜRSƏT
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri və laborant vəzifələrinə işə qəbul ilə bağlı müsabiqə elan edilir.
BAKU.WS xəbər verir ki, bu barədə RTİ məlumat yayıb.
Bildirilib ki, müsabiqə üç mərhələdən: sənəd qəbulu, test imtahanı və müsahibədən ibarətdir.
Namizədlər üçün tələblər:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əsasən təhsil müəssisəsində müvafiq vəzifələr üzrə ixtisas tələblərinə uyğun gələn namizədlər; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na əsasən təhsil müəssisəsində təsərrüfat müdiri vəzifəsi üzrə ixtisas tələblərinə uyğun gələn namizədlər.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- əmək kitabçasının surəti;
- təhsil haqqında sənədin surəti;
- 3x4 foto şəkil (iki ədəd).
Namizədlər tələb olunan sənədləri 22 may - 2 iyun 2026-ci il tarixlərində, həftənin iş günləri, saat 10:00-dan 17:00-a kimi Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlərə əsasən, namizədlər tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq olaraq test imtahanı mərhələsinə dəvət olunacaqlar.
Test imtahanı 08 iyun 2026-cı il tarixdə, saat 15:00-da başlayacaq. İmtahan buraxılış vərəqəsində göstərilən ünvanda keçiriləcək.
Oxşar xəbərlər
Samir Poladov: "Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb"
"Müxtəlif rayonlarda tələ-partlayıcı qurğular da aşkarlanıb. Adətən bu cür tələlər heç gözlənilməyən yerlərdə yerləşdirilib. Məsələn, binaların girişlərində, qa...