Qotur göllə bağlı zəruri tədbirlər görüləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Qotur gölü yaxınlığındakı 12/26 saylı kanalizasiya nasos stansiyasında (KNS) nasos aqreqatlarının bərpası həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu tədbirlər Azərbaycan Prezidenti tərəfindən 28 aprel 2026-cı il tarixində imzalanan sərəncam çərçivəsində nəzərdə tutulub. Sərəncam Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində güclü yağışlar və sel nəticəsində yaranmış fəsadların aradan qaldırılmasını əhatə edir.
Bərpa işləri çərçivəsində nasos aqreqatlarının yenilənməsi ilə yanaşı, KNS-də idarəetmə panelinin daha yuxarı səviyyəyə qaldırılması və əlavə texniki təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...