Qohum evliliyinin RİSKLƏRİ - hansı xəstəliklər YARANIR?
Azərbaycanda və dünyanın bəzi bölgələrində hələ də geniş yayılmış qohum evlilikləri tibb mütəxəssislərinin narahatlıqla yanaşdığı ciddi bir mövzudur. Genetik oxşarlığın yüksək olduğu bu nikah növü bir sıra irsi xəstəliklərin uşaqlarda yaranma ehtimalını artırır.
BAKU.WS xəbər verir ki, həkim-genetiklərin bildirdiyinə görə, yaxın qohumlar arasında qurulan ailələrdə doğulan uşaqlarda genetik xəstəlik riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu cür evliliklər nəticəsində talassemiya, hemofiliya, əqli gerilik, eşitmə və görmə qüsurları, metabolik pozuntular kimi bir çox xəstəliklərə rast gəlinə bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, hər iki valideyndə eyni genetik qüsurun daşıyıcılığı olduqda, bu genin uşaqda aktiv formaya keçmə riski artır. Statistik məlumatlara əsasən, qohum evliliklərindən doğulan uşaqlarda genetik xəstəliklərə yoluxma riski qohum olmayan ailələrə nisbətən iki-üç dəfə çoxdur.
Həkimlər, xüsusilə birinci dərəcəli qohumlar arasında nikahdan çəkinməyi tövsiyə edirlər. Evlənməzdən əvvəl tibbi-genetik müayinələrin aparılması və genetik məsləhət alınması bu risklərin qarşısının alınmasında mühüm rol oynayır.
Qeyd edək ki, bəzi ölkələrdə qohum evliliklərinə hüquqi məhdudiyyətlər tətbiq olunur. Məqsəd isə gələcək nəsillərdə sağlamlıq problemlərinin qarşısını almaqdır. Azərbaycanda da son illər maarifləndirmə tədbirləri bu istiqamətdə genişləndirilib.
Oxşar xəbərlər
Beş il əvvəl sökülən evlərinin əvəzinə yeni mənzil ala bilməyən sakinlər tikinti şirkətindən ŞİKAYƏT ETDİLƏR
Beş ildir binaları sökülüb. Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu sakinl...