Qocalar pansionatda Leyla Əliyevaya şeir oxudu (VİDEO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
BAKU.WS-in məlumatına görə, L.Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Fondun vitse prezidenti pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb.
Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.
Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib. Pansionat sakinləri ilə yaddaqalan görüşün daha bir məqamı isə Zəminə Cəbrayılovanın öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuması olub.
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansağlığı və uğurlar arzulayıb.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışına qatılıb
Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub. BAKU.WS məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun...