Qobuda it dişləyən uşağı əməliyyat edən cərrah: "Saçını saxlamağa çalışdıq"
Xəbər verdiyimiz kimi bu gün Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı Amar Əliyev bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.
BAKU.WS saytı olaraq azyaşlını əməliyyat edən uşaq cərrahı, uzman doktor Fuad Məmmədovla əlaqə saxladıq. Cərrah bildirdi ki, uşaq klinikaya ağır vəziyyətdə gətirilmişdi.
“Çox miqdarda qan itirmişdi. Bədəninin hər yerində deşilmiş, cırılmış, qopmuş yaraları var idi. Ən böyük yaraları başının saçlı hissəsində, bud nahiyəsində və çiyin nahiyəsində vardı”, - deyə Fuad Məmmədov bildirdi.
Uzman doktor vurğuladı ki, əməliyyat zamanı uşaqda heç bir orqan itkisi olmayıb:
“Cərrahi olaraq xəstənin çox sayda dərin kirlənmiş yaralarının olması işi ağırlaşdırırdı. Çoxsaylı yara vardı deyə iş ağır idi. Elə etməliydik ki, uşaqda orqan itkisi olmasın, funksiyası qorunsun. Saçlı dəriyə çox diqqətlə yanaşdıq ki, uşaq gələcəkdə saçsız qalmasın”
Fuad Məmmədov qeyd edir ki, indiyə qədər çox ağır əməliyyatlar edib:
“900 qramlıq yeni doğulmuş anadangəlmə 12 barmaq bağırsaq anomaliyası etmişdim. Uşağın çox kiçik olması əməliyyatı daha da ağırlaşdırırdı. Şükür Allaha ki, indiyə qədər əməliyyat zamanı xəstə ölümü baş verməyib”.
Həkimin sözlərinə görə, uşaq orqanizmi ilə böyüklərinki eyni deyil:
“Bir çoxu elə düşünür ki, uşaqlar böyüklərin kiçildilmiş versiyasıdır. Əslində isə belə deyil. Uşaqlarda cərrahi əməliyyat zamanı müdaxilələr tamamilə fərqli olur. Bu səbəbdən də, bütün inkişaf etmiş ölkələrdə uşaq cərrahiyyəsi ayrı bir ixtisasdır”.
Oxşar xəbərlər
Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı VACİB AÇIQLAMA - Bütün valideynlər oxusun
Son günlər uşaqlar arasında xəstəliklər artıb. Poliklinikalara və uşaq xəstəxanalarına müraciət edən xəstələrin sayının artması müşahidə olunur. Əksər xəstələrd...