QMİ sədrindən Ramazan ayının başlanma tarixi ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz Ramazan ayı ilə bağlı fətva verəndə yeni bir şey etmirik. Bu ayı Allah-Təala yaradıb. Ay bəzən bir gün sonra görünür".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
"Rəsədxananın vasitəsilə ayın görünməsini ictimaiyyətə çatdıracağıq. Bu, elmi məsələdir və mollalıq deyil. Amma ola bilər ki, ay bizim üfüqdə bir az tez və ya gec görünsün. Bu, mümkündür və ayın digər yerdə görünməsi və ya bizdə görünməməsi bizdən asılı deyil. Bu məsələdə ancaq elmsiz adamlar irad tuta bilər", - QMİ sədri bildirib.
Oxşar xəbərlər
"Türkiyə xalqının Azərbaycana göstərdiyi qardaş sevgisi heç zaman unudulmayacaq" - Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Türkiyə Cümhuriyyətinə səfəri davam edir. BAKU.WS QMİ-nin mətbuat xidmətinə istin...