QMİ rəsmisindən FİTRƏ ilə bağlı tövsiyə
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır. Bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb. Mən xahiş edirəm, insanlarımız fitrəni pul şəklində çıxarsınlar. Çünki belə daha məqsədəuyğundur”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun sərf olunur: “Pul şəklində fitrə çıxarmanın özəlliyi odur ki, ehtiyacı olan kəslər həmin məbləği məhz ehtiyaca uyğun şəkildə xərcləyə bilirlər”.
Oxşar xəbərlər
Nə qədər fitrə zəkatı verməliyik? - QMİ 15 manat deyir, din xadimi isə...
Müqəddəs Ramazan bayramına sayılı günlər qalır. Bayram günü vacib buyurulan əməllərdən biri də fitrə zəkatının ayrılmasıdır. Bizə bəlli olan, bayramdan əvvəlki...