Qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyənlərlə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il məzun olan şagirdlərin hamısı attestat alacaq.
BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən onlayn brifinqdə belə deyib.
O bildirib ki, buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabr ayında yenidən buraxılış imtahanı keçiriləcək:
"Qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyən, lakin ali məktəblərə qəbul olmaq istəyənlərin məsələsinə baxılacaq. Baxacağıq, əgər onlar xəstə deyilsə və səhhəti ətrafda olanlara problem yaratmırsa, çalışacağıq ki, axırıncı imtahanlara daxil edək. Onları yaşadığı yerdə imtahana dəvət edəcəyik. Çünki biz axırıncı imtahanların coğrafi cəhətdən hansı bölgələrdə baş tutacağını bilmirik”.
Oxşar xəbərlər
Bu tarixlərdə buraxılış imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyun tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirilə...