“Qırmızı Xaç”ın vaksinasiyanın əleyhinə olan tibb bacısı peyvəndi fizioloji məhlulla əvəz edib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada vaksinasiyanın əleyhinə olan tibb bacısı peyvəndi fizioloji məhlulla əvəz etməkdə şübhəli bilinir.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Qırmızı Xaç”ın adı açıqlanmayan tibb bacısının etdiyi hərəkətin motivi bəlli deyil, lakin müstəntiqlər onun sosial mediada peyvəndlərlə bağlı dəfələrlə tənqidi ifadələr yazdığını nəzərə çatdırıblar.
Əlavə təfərrüat açıqlanmır. Bundan əvvəl Almaniyada 8,5 min adama koronavirusa qarşı peyvənd əvəzinə fizioloji məhlul vurulduğu məlum olmuşdu.
Hökumət bunun 5 mart - 20 aprel tarixləri arasında edilən peyvəndlərə aid olduğunu ehtimal edir. Polis araşdırması zamanı, daha böyük bir qrupun zərər çəkə biləcəyi aydın olub.
Oxşar xəbərlər
"Sinovac" peyvəndi nə qədər effektivdir? - AÇIQLAMA
"Hələ aprel ayında Çin peyvəndinin daha tez istehsal və tətbiq olunacağı məlum idi. Həmin peyvəndin həqiqətən də effektiv olacağı və pandemiyanın mərhələlərinin...