"Qırmızı Körpü"də karantin çadırları quruldu - FOTO

Qırmızı Körpüdə karantin çadırları quruldu - FOTO
Foto
Sosial 366

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Qazax rayonunun "Qırmızı Körpü" sərhəd keçid məntəqəsində Fövqaladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu məntəqələrdə fasiləsiz tibbi briqadalar fəaliyyət göstərir.

Məntəqələrdə ilkin tibbi müayinədən keçən şəxslər təkrar müayinə olunacaq.

Nəticə etibarı ilə şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün müvafiq yerli xəstəxanaya təxliyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə bu çadırlarda karantin rejimində saxlanılması təmin olunacaq.

Məntəqədə bütün imkanlar yaradılıb.

Zərurət yaranarsa çadırların sayı artırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər