Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?
Balıq kürüsü yüksək qida dəyəri, zəngin vitamin tərkibi və faydalı xüsusiyyətlərinə görə ən qiymətli ərzaq məhsullarından hesab olunur. Lakin son vaxtlar bazarlarda və marketlərdə aşağı qiymətə satılan, süni şəkildə hazırlanan saxta kürü məhsullarına da rast gəlinir.
Baku TV-nin məlumatına görə, satıcılar bildirirlər ki, təbii kürünü saxta məhsuldan ayırmağın ən etibarlı yolu onun quruluşuna diqqət yetirməkdir.
Onların sözlərinə görə, təbii kürü şirəli və yağlı olur, dənələri ağızda asanlıqla partlayır. Süni kürü isə elastik quruluşa malik olur, ağızda şar kimi hərəkət edir və partlamır. Satıcılar qeyd edirlər ki, bəzi hallarda saxta kürünün üzərinə yağ çəkilsə də, bu, yalnız təbii görüntü yaratmaq məqsədi daşıyır və diqqətlə baxdıqda fərqi hiss etmək mümkündür.
Qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, imitasiya olunan kürü əsasən bitki mənşəli və jelatinəbənzər maddələrdən hazırlanır. Məhsula rəng, dad və qoxu vermək üçün müxtəlif aromatizator, dadlandırıcılardan və rəngləndiricilərdən istifadə edilir. O əlavə edib ki, bu cür məhsullar düzgün istehsal olunduğu halda etiket üzərində "imitasiya olunmuş kürü" kimi qeyd edilməli, tərkibi, istehsal və son istifadə tarixi, həmçinin allergenlər barədə məlumat tam şəkildə göstərilməlidir.
Mütəxəssis həmçinin qeyd edib ki, kimyəvi qatqı maddələrinin normadan artıq istifadəsi allergik reaksiyalar, dəri səpkisi, qaşınma, baş ağrısı və həzm sistemi pozuntularına səbəb ola bilər. Xüsusilə uşaqlar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu məhsulları seçərkən daha diqqətli olmalıdırlar.
Oxşar xəbərlər
Bakıda mənzil almaq istəyənlərin DİQQƏTİNƏ
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış k...