Qəzaya düşən müəllimlərlə bağlı yeni xəbər - Üçünün vəziyyəti ağırdır

Qəzaya düşən müəllimlərlə bağlı yeni xəbər - Üçünün vəziyyəti ağırdır
Sosial 274

Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə (kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər (kişi olmaqla) yerində, bir nəfər (kişi olmaqla) isə xəstəxanada dünyasını dəyişib.

***12:52

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

BAKU.WS-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O qeyd edib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib:

"Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər