Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? - Proqnoz

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? - Proqnoz
Sosial 134

"Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".

BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir:

"Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda, Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".

Mərkəz direktoru vurğulayıb ki, ən çox yağıntı Goranboy rayonunun Yuxarı Ağcakənd rayonunda müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Avqust ayına olan hava proqnozu

Avqust ayına olan hava proqnozu

2022-ci il avqust ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqust ayında havanın orta aylıq tem...

60 Sosial 16:16 29 iyul 2022

Son xəbərlər