XƏBƏRDARLIQ: Çaylar daşacaq - PROQNOZ

XƏBƏRDARLIQ: Çaylar daşacaq - PROQNOZ
Sosial 1873

Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında sululuğun artması müşahidə edilib.

BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev APA-ya bildirib ki, Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında isə sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib:

“Uzun müddət baş verən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olmuşdur ki, bu da nisbətən də olsa Kür və Qanıx çaylarında öz təsirini göstərib. Gələn həftə də, iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

Son xəbərlər