Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
09
okt
2023
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
“Report”un məlumatına görə, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.
Oxşar xəbərlər
Qərb bölgəsində leysan yağışlar fəsadlar törədib, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb
Qərb bölgəsində axşam saatlarından başlayaraq küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədib. "Report"un Qərb bürosunun məlumatına görə, Daşk...