Qənirə Paşayeva: "Nərminə qarşı törədilən cinayət əməlinin açılması ilə bağlı ciddi işlər gedir"
"Bakıdan gələn Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Nərmin Quliyevaya qarşı törədilən cinayət işinin açılması istiqamətində gərgin işlər gedir. Biz bu gün səhər saatlarında da hüquq mühafizə orqanı əməkdaşları ilə birlikdə olduq, müzakirələr apardıq".
Bu fikirləri BAKU.WS-in bölgə müxbirinə Nərmin Quliyevanın dəfn mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva bildirib.
Millət vəkili əlavə edib ki,istintaqın gedişi Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun nəzarətindədir.
"Bilirsiz ki, cinayət işinin açılması ilə bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin xüsusi nümayəndə heyyəti gəlib.
Biz istintaqın gedişinə mane ola bilmərik, müxtəlif əsası, sübutu olmayan fərziyələr, hər hansı fikirlərin işlətmək istəmirəm.
Lakin onu deyə bilərəm ki, inşallah yaxın müddətdə bu vəşiliyi törədən şəxs və ya şəxslər ədalət qarşısında cavab verəcək".
Oxşar xəbərlər
Xoşqədəmlə Qənirə 10 yaşlı Nərminə görə mübahisə etdi - FOTO
Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti sarsıdıb. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırma...