DİN Facebook səhifəsi barədə məlumat yaydı
20
noy
2017
19:15
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının, xüsusən söz və məlumat azadlığının, eləcə də dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmini bu sahədə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir.BAKU.WS xəbər verir ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan respublika Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb. Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” adlı yeni yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış ola bilərsiniz. Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini, müxtəlif maraqlı qüvvələrin ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş dezinformasiyalar yaymaq cəhdlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir. Artıq hər yerdə internet şəbəkənizdən istifadə etməklə siz ölkədə baş verən ən müxtəlif cinayətlər, onların açılması yönündə daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələri, əlverişli kriminogen durum barədə xəbərləri ilk mənbədən almaq imkanı əldə edəcəksiniz.BAKU.WS
Oxşar xəbərlər
DİN işçi axtarır
“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icras...