Əməliyyat olunan Qənirə Paşayeva səhhətilə bağlı açıqlama verdi

Əməliyyat olunan Qənirə Paşayeva səhhətilə bağlı açıqlama verdi
Sosial 1400
Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva səhhətilə bağlı açıqlama verib.BAKU.WS xəbər verir ki, bu barədə deöutata özü “Facebook” səhifəsində yazıb.“Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.Hər iki əlimdə "karpal tunel sindromu" diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə bilmədim, mesajlarınıza cavab yaza bilmədim.Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”, - deyə Qənirə Paşayeva bildirib.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər