Qəhvənin gözlənilməz faydaları açıqlandı
Yapon alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını açıqlayıblar.
BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, Tsukuba Universitetinin tədqiqatçıları araşdırma aparıblar. 30 gün ərzində siçanlara qəhvə və yapon turpunda olan triqonelin maddəsi verilib.
Daha sonra gəmiricilər Morris labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.
Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur. Çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.
Həmçinin bildirilir ki, qəhvə içənlərdə piylənmə riski 20 faiz azalır. Bu təsir içkinin tərkibində olan kaveol və kafestol maddələr ilə izah edilib.
Oxşar xəbərlər
Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? - ARAŞDIRMA
Quzu əti ibtidai dövrlərdən insanlar tərəfindən qiymətləndirilən dadlı və doyurucu ətdir. Ondan hazırlanan yeməklər Şərq və Aralıq dənizi mətbəxində xüsusilə mə...