Qəfil öldürən infarkt barədə HƏR ŞEY - Günün bu saatları daha təhlükəlidir

Qəfil öldürən infarkt barədə HƏR ŞEY - Günün bu saatları daha təhlükəlidir
Foto
Sosial 60

İnfarkt dünya üzrə və ölkəmizdə ən çox yayılan ölüm səbəblərindən biridir.

Ürək-damar xəstəlikləri müxtəlif amillərdən qaynaqlana bilər və hər il 18,6 milyondan çox insanın həyatını itirməsinə səbəb olur.

BAKU.WS xarici mənbələrə istinadən xəbər verir ki, kardioloqlar infarkt riskinin səhər saatlarında daha yüksək olduğunu qeyd edirlər.

Statistik məlumatlar göstərir ki, infarkt keçirmə riski səhərlər axşam saatlarına nisbətən üç dəfə daha çoxdur.

Bundan başqa, növbəli iş də miokard infarktının riskini artıran faktorlardan biri olaraq müəyyən edilib.

İnfarktın əsas simptomları bunlardır:

• Sinədə ağrı, təzyiq və ya sıxılma hissi

• Nəfəs darlığı

• Ağrının çənəyə, kürəyə, boyuna və mədəyə yayılması

• Sol qolda ağrı və ya uyuşma

• Mədə yanması və həzmsizlik

• Bulantı və başgicəllənmə

• Soyuq tərləmə

• Güclü yorğunluq

İnfarktın səbəbləri:

• Koronar arteriyaların spazmı

• Yüksək qan təzyiqi (hipertoniya)

• Yüksək xolesterol

• Diabet

• Nadir rast gəlinən tibbi vəziyyətlər

• Travmalar

• Piylənmə

• Elektrolit balansının pozulması

• Qan damarlarının yırtılması

• Siqaret və narkotik istifadəsi

• Hipoksiya (qanda oksigen çatışmazlığı)

• 45 yaşdan yuxarı olmaq

• Genetik amillər

• Fiziki aktivliyin olmaması

• Stress

• Sağlıqsız qidalanma

Tədqiqatçılar müəyyən ediblər ki, səhər saatlarında infarkt keçirmək ürək toxumasının 20% daha çox zədələnməsi ilə əlaqədardır. 2011-ci ildə "Heart" jurnalında dərc olunan araşdırma göstərir ki, səhər saat 6-dan günorta saatlarına qədər olan infarktlar ən təhlükəli olanlardır.

Harvard Tibb Məktəbinin araşdırmasına əsasən, bu saatlarda infarkt keçirən insanlarda PAI-1 hüceyrələrinin səviyyəsi, günün gec saatlarında infarkt keçirən insanlarla müqayisədə daha yüksək olur.

Həkimlər xəbərdarlıq edirlər ki, bəzi vərdişlər infarkt riskini artırır. Əgər insanın bir neçə əsas koronar risk faktoru varsa, kifayət qədər yuxu almırsa, kifayət qədər su içmirsə və ya fiziki məşğələlərlə məşğul olmursa, bu, arteriyaların yırtılmasına və iri laxtaların yaranmasına gətirib çıxara bilər.

Buna görə səhər saatlarında infarkt riskini azaltmaq üçün iki əsas yol var: yaxşı gecə yuxusu və səhər saatlarında edilən məşqlər.

Sıx iş qrafiki olan şəxslərə günortadan sonra idmanla məşğul olmaq və ya səhərlər yüngül məşqlərlə başlamaq tövsiyə edilir. Yüksək intensivlikli məşqlər qəfil ürək dayanması və ya ölüm riskini artırdığı üçün diqqətli olmaq lazımdır.

Dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var və 2 milyarddan çox insan bu xəstəliklərdən risk altındadır. Hər il ürək-damar xəstəlikləri səbəbilə 18,6 milyondan çox insan həyatını itirir. Bu ölümlərin üçdə biri 70 yaşdan aşağı insanlarda baş verir və onların 85%-i infarkt və ya insult nəticəsində olur.

Son xəbərlər