Qədim divarlar arasında bayram ruhu - İçərişəhərdə möhtəşəm Novruz şənliyi
Yeniliklərdən dərhal xəbərdar olun
Novruz bayramı Azərbaycanda xüsusi coşqu və böyük maraqla qarşılanır.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, baharın gəlişini, təbiətin oyanışını simvolizə edən bu qədim bayram hər il ölkəmizin bütün guşələrində təntənəli şəkildə qeyd olunur. Novruzun ən sevilən və yaddaqalan adətlərindən biri isə tonqal qalamaqdır.
İnsanlar tonqal ətrafına toplaşaraq həm köhnə ilin ağırlıqlarını geridə qoyduqlarına inanır, həm də yeni ilin uğurlu və bərəkətli olmasını diləyirlər. Bakının tarixi incisi sayılan İçərişəhər ərazisində də bayram ab-havası xüsusi hiss olunur. Qədim divarların qoynunda qalanan tonqal sanki keçmişlə bu günü birləşdirir. Buraya toplaşan sakinlər və şəhər qonaqları milli musiqilərin sədaları altında bayram sevincini bölüşürlər.
İçərişəhərdə qalanan tonqalın ətrafındakı səmimi mühit Novruzun əsas dəyərlərini - birlik, həmrəylik və yenilənmə hissini əks etdirir.
Qalereya
Oxşar xəbərlər
Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub
Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir. BAKU.WS xəbə...