Qəbələdə koronavirus xəstəsi saxlanıldı - FOTO

Qəbələdə koronavirus xəstəsi saxlanıldı - FOTO
Sosial 94

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Q.Cəlilov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Qəbələdə koronavirus xəstəsi saxlanıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər