Qazaxda və Tovuzda karantini pozanlar cərimələndi - FOTO
Azərbaycanın bölgələrində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, gücləndirilmiş iş rejimində xidmət aparan Qazax Rayon Polis Şöbəsinin əməkdaşları sakinlər arasında profilaktik tədbirlər həyata keçirərək mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən, dezinfeksiyaedici vasitələrdən yararlanmağı tövsiyə edirlər.
Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.
Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, 1 şəxs barəsində isə rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.
Eyni zamanda Tovuz rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir.
Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...