Qazax rayonuna giriş-çıxış belə məhdudlaşdırıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı bir rayondan digərinə giriş-çıxış qadağan edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, respublikanın qərb bölgəsində də rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
Şəmkir-Tovuz, Tovuz-Ağstafa və Ağstafa-Qazax rayonlarının sərhədlərinə polis postları qurulub.
Yol Patrul və Post Patrul xidmətinin əməkdaşları rayonların girişində nəqliyyat vasitələrini yoxlayırlar.
Yoxlanış qeydiyyat üzrə aparılır və getdiyi rayonun qeydiyyatında olmayan sürücülər, onların idarə etdiyi avtomobillər və sərnişinlər geri qaytarılır.
Bu addım ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atılıb.
Koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır.
Operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları, o cümlədən iş yeri başqa rayonda olan şəxslər istisna olmaqla digərləri geriyə, sakini olduğu rayona qaytarılır.
Qalereya
Oxşar xəbərlər
Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA - VİDEO
Dünyada koronavirus pandemiyasının geniş yayıldığını nəzərə alaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını...