Qaz partlayışından xəsarət alan qadının qızı: “Anamın yenidən ayağa qalxması üçün bizə kömək edin” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yanğın zamanı xəsarət alan 53 yaşlı Yasəmən İskəndərovanın sizin yardımınıza ehtiyacı var.
Bu barədə oxu.az-a onun qızı Səkinə İskəndərova məlumat verib.
O bildirib ki, anası Yasəmən İskəndərova 2022-ci ilin may ayında qaz partlayışı zamanı həm yanıq xəsarəti alıb, həm də daxili orqanları zədələnib.
“Hazırda anamın qaraciyər və dalağında böyümə var, təcili əməliyyat olunmalıdır. Bundan başqa həkimlər onda sümük iliyi xərçəngi olduğunu ehtimal edir və buna görə də müayinələr aparılır”.
O bildirib ki, anasının müalicəsi üçün 8000 manata ehtiyacı olsa da, məbləğin cəmi 3000 manatını toplaya biliblər:
“Yardımsevər şəxslərdən anamın yenidən ayağa qalxması üçün bizə kömək etməklərini xahiş edirəm”.
Qızı ilə əlaqə: 055 656 51 31
Qalereya
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...