Qaz kartlarına yüklənilən pulların 50%-i hara yoxa çıxır? SƏBƏB

Qaz kartlarına yüklənilən pulların 50%-i hara yoxa çıxır? SƏBƏB
Sosial 26962
Son bir neçə gündür ki, «PayPoint» köşklərində qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb. BAKU.WS-ə müraciət edən sakinlər "Azəriqaz"ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər. "Qazın kartına 20 manat vurmuşdum. Ancaq evə gəldim sayğaca kartı taxdıqdan sonra 10 manat balans göstərildi. «PayPoint»də yüklədiyim pulun yarısı kartdan silindi", - deyə sakin redaksiyamıza bildirib. Eyni şikayətlə bir neçə sakin də redaksiyamıza müraciət edib. ASAN Kammunal xidmətlərində də bu vəziyyətlə üzləşənlərin sayı az deyil. Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbi etdiyi differensiallaşmış tarif ilə bağlıdır. "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək (170 AZN) olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".Məsələn, siz illik ayrılan 170 manatlıq qaz limitini 3-4 ay ərzində keçdiniz. Bundan sonra yüklədiyiniz hər 10 manatın 5 manatı (50%) karta yüklənəcək. Limiti keçən vətəndaşlar differensiallaşmış tarifə uyğun olaraq qaz sərfiyyatına əvvəlkindən daha çox ödəməli olacaq. ŞahinBAKU.WS

Son xəbərlər