Qaxa da qar yağdı - Faktiki hava
Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.
Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.
Oxşar xəbərlər
Bu ərazidə qarın hündürlüyü 25 sm-ə çatıb
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı...