Qatarlarda ödənişlə bağlı YENİLİK
Noyabrın 1-dən dinamik tarif siyasətinə keçilib. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50%-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20%-i isə son 3 gün qalmış əldə edirlər.
BAKU.WS apa-ya istinadə xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Rövşən Rüstəmov bildirib.
"70% sərnişinimiz yalnız son 10 gündə səfərlərini planlaşdırır. Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar", - deyə R.Rüstəmov bildirib.
O qeyd edib ki, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir: "Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".
Oxşar xəbərlər
Quba sakini: "Burada həmişə yol olub, amma artıq 10 ildir zəbt edilib"
Qubanın İdrisqışlaq kəndində yaşayan bir qrup sakin illərdir yol sarıdan çətinliklə üzləşirlər. Onların iddiasına görə, vaxtilə istifadə etdikləri yol bir neçə...