Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Yer kürəsində Günəşdə baş verən alışmadan sonra maqnit qasırğası başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə martın 21-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, gün ərzində gözlənilən maqnit qasırğası artıq qeydə alınıb.
Qeyd olunub ki, Günəşdə alışma martın 16-da baş versə də, plazma axını Yerə yalnız beş gün sonra çatıb. Hazırda qasırğanın səviyyəsi G1.7 olaraq qiymətləndirilir. Bu göstərici onu zəif kateqoriyaya aid edir.
Alimlər bildiriblər ki, maqnit qasırğası təxminən altı gün davam edə bilər.
Xatırladaq ki, martın 14-də institutda yaz mövsümünün ilk uzunmüddətli maqnit qasırğasının baş verdiyi açıqlanmışdı. Həmin vaxt Moskva vaxtı ilə gecəyarısından etibarən planetar maqnit qasırğası qeydə alınmışdı. Martın 13-də isə Günəşdə güclü alışma baş vermiş, institut Yerə zəif və orta güclü maqnit qasırğalarının mümkünlüyü barədə xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz kəsilib
Ağdaş və Qəbələ rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz"...