Qarlı hava taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO

Qarlı hava taksilərin qiymətini kəskin qaldırdı - 3 manatdan, 18 manata - FOTO
Foto
Sosial 290

Qarlı hava şəraiti taksi qiymətlərinin qat-qat bahalaşmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, adi günlərdə gedilən yol üçün xidmət haqqı 3 manat idisə, bu gün qiymət 12-18 manatadək artıb.

Səbəb kimi hava şəraitinin kəskin dəyişməsi, yolların qarlı və buzlu olması, həmçinin taksi sayının azlığı bildirilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər