Qarlı hava şəraiti ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.
BDYPİ-dən Trend-ə verilən xəbərə görə, müraciətdə deyilir:
“Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.
Oxşar xəbərlər
Qarlı hava ilə bağlı valideynlərə MÜRACİƏT EDİLDİ - "Övladlarınızı..."
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edi...