Qarlı Bakı FOTOLARDA

Qarlı Bakı FOTOLARDA
Foto
Sosial 288

Bakıya qar yağıb.

BAKU.WS xəbər verir ki, gecədən başlayan qarın yağması hələ də davam edir.

Qeyd edək ki, son 9 ildə ilk dəfədir havanın temperaturu bu qədər soyuyub. Qarın yağmasından ən çox uşaqlar məmnunluq duyurlar.

Xatırladaq ki, paytaxtda havanın kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi. Ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Bildirilir ki, fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

BAKU.WS əməkdaşı qarlı Bakıdan fotoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fevral ayına olan hava proqnozu açıqlandı

Fevral ayına olan hava proqnozu açıqlandı

Azərbaycanda fevral ayına olan hava proqnozu məlum olub.BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevral ayında havanın orta aylıq te...

6 Sosial 15:26 30 yanvar 2021

Son xəbərlər