Qarabağ və Şərqi Zəngəzurda mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək
Qarabağ və Şərqi Zəngəzurda bütün iri yaşayış məntəqələri üçün mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin sədr müavini İlham Quliyev bildirib.
Onun sözlərinə görə, məqsəd tullantı sularının idarə olunmasıdır.
"Regionda əhalinin məskunlaşdığı bütün iri yaşayış məntəqələrində çirkab sularının təmizlənməsi üçün müasir qurğular inşa ediləcək. Gələcəkdə bütün yaşayış məntəqələrində, iri yerlərdə təmizləyici qurğular qurulacaq və çirkab suları orada təmizləndikdən sonra çaylara axıdılacaq. Qısa müddətdə Şuşada su təchizatı və su anbarları ilə bağlı mühüm layihələr həyata keçirilib və infrastrukturun yenilənməsi davam edəcək", - deyə meliorasiya rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Yarım ildə hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb. BAKU.WS ADY-yə istinadən xəbər verir ki, bu ha...