İlham Əliyev: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir.
BAKU.WS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söyləyib.
Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır. BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlə...