Qarabağ və Şərqi Zəngəzura I yarımildə avtobusla 34 minə yaxın insan səfər edib

Qarabağ və Şərqi Zəngəzura I yarımildə avtobusla 34 minə yaxın insan səfər edib
Sosial 34

Bu ilin I yarısında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müntəzəm avtobus marşrutları ilə 33,5 min insan səfər edib.

Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzura 3 475 avtobus reysi həyata keçirilib.

Bundan başqa, 6 ayda 1 milyon 342 min 921 nəfər www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək fərdi minik avtomobilləri ilə Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səfər edib. Bu,ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Ötən il portal üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilib.

Son xəbərlər