“Qarabağ” və “Neftçi”də oynamış futbolçunun Azərbaycandan çıxışına qadağa qoyula bilər

“Zirə”nin futbolçusu Vild-Donald Geryenin Azərbaycanı tərk etməsinə qadağa qoyula bilər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi haitili oyunçu ilə bağlı məhkəməyə müraciət edib. Vergi borcu olan Geryenin onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunub.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
Bu ilin yanvarında Kiprin “Olimpiakos” (Nikosiya) klubundan “Zirə”yə gələn Gerye daha əvvəl 2017-2019-cu və 2020-2021-ci illərdə “Qarabağ”ın, 2019-2020-ci illərdə “Neftçi”nin formasını geyinib.
Oxşar xəbərlər
Nəcməddin Sadıkovun oğlunun biznes ortağının ölkədən çıxışına qadağa qoyulur
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Akimov Kamal Akimoviç barəsində məhkəmə iddiası qaldırıb. BAKU.WS Yen...
