Qarabağ atlarından biri hərracda 5500 AZN-ə satıldı - FOTO

Qarabağ atlarından biri hərracda 5500 AZN-ə satıldı - FOTO
Foto
Sosial 187

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə açıq hərrac yolu ilə satışa çıxarılmış 3 atdan 1-i ilkin qiymətindən 10% baha satılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, söhbət 4 yaşlı Sahil atından gedir.

Onlara 5 min manat ilkin satış qiyməti müəyyən edilsə də, Tərtər rayonundan olan fermer Habil İbrahimov onu 5,5 min manat alıb.

O, şəxsi təsərrüfatında başqa atların da olduğunu deyib və Qarabağ atına da sahib olduğu üçün qürur duyduğunu bildirib: "Bu atı maraq üçün alıram, digər atlarla birlikdə saxlayacam. Qarabağ atına çox marağım var".

Qeyd edək ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarılıb.

Hərrac iştirakçılarına 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan təklif edilir.

Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.

Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər