Qarabağ atları ərəb körfəzini fəth etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bəhreyn Krallığında keçirilən "Mara'ee 2025" festivalı regionun ən önəmli mədəni hadisələrindən biri kimi beynəlxalq auditoriyanın diqqətini cəlb edib. Festival ölkənin tarixi ənənələrini, təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən geniş proqramı ilə seçilərək mədəniyyətlərarası dialoq üçün mühüm platforma rolunu oynayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyəti xüsusi proqramla çıxış edərək festivalın ən yaddaqalan iştirakçısına çevrilib. Təqdim olunan səhnə kompozisiyaları yüksək peşəkarlıq, dəqiqlik və estetik yanaşma ilə seçilərək tamaşaçıların böyük marağına səbəb olub. Çıxışlar vahid bədii konsepsiya əsasında qurulmuş, milli ruhu və səhnə mədəniyyətini dinamik formada əks etdirib.
Azərbaycan tərəfi festival çərçivəsində 8-13 dekabr tarixləri arasında hər gün iki dəfə səhnəyə çıxaraq proqramın ən intensiv və davamlı təqdimatlarından birini həyata keçirib. Bu çıxışlar ölkəmizin zəngin mədəni irsini, intizamlı hazırlıq səviyyəsini və beynəlxalq səhnədə layiqli təmsilçilik qabiliyyətini bir daha nümayiş etdirib.
Festival çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan səhnə proqramında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər heyəti, orkestr və rəqs kollektivləri iştirak edib. Bu kollektivlərin birgə və ahəngdar çıxışları tədbirin ümumi konsepsiyasına xüsusi dinamika qatıb, Azərbaycan mədəniyyətinin intizam, ənənə və peşəkarlıq üzərində qurulan təqdimatını beynəlxalq auditoriyaya nümayiş etdirib. "Mara'ee 2025" ölkəmizin mədəni təmsilçiliyinin uğurla reallaşdırıldığı mühüm beynəlxalq platformalardan biri olub.
Sonda Azərbaycan komandası Bəhreynlə ləyaqətlə vidalaşaraq, bu ölkənin mədəni yaddaşında dərin və xoş iz buraxıb, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.
Qalereya
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...