Qapanmalara getməmək üçün nə etməliyik? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“İnsanlar arxayınlaşmamalıdırlar. Çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan delta ştamı var. Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik”.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis qonşu ölkə Gürcüstandakı vəziyyəti misal çəkib: “Orada gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar. İlk növbədə qızıl qaydalara ciddi riayət edilsin.
Digər tərəfdən vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Elə günlər olub ki, ölkədə bir gün ərzində 80 minin üzərində vaksin vurulur. Deməli, bunun üçün dövlətimizin imkanları var”.
T.Eyvazov əlavə edib ki, qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar.
Oxşar xəbərlər
Baş infeksionist yoluxmanın çoxalmasının səbəbini açıqladı
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusla əlaqəli vəziyyətlə bağlı müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Azərbaycanda COVI...