Qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ

Qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ
Açıqlama
Sosial 34

Ölkədə balıq ehtiyatlarının və digər su bioresurslarının qorunması dövlətin prioritet istiqamətlərindən biridir.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə su hövzələrində qanunsuz ov hallarının qarşısının alınması, ekoloji tarazlığın qorunması və mövcud ehtiyatların səmərəli istifadəsinin təmin edilməsi üçün mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən həm reydlər təşkil olunur, həm də vətəndaşlar arasında maarifləndirmə işləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Xəzər dənizinin Azərbaycan sektorunda və ölkənin daxili su hövzələrində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə Su Bioresurslarının Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri və reydlər keçirilir:

"Eyni zamanda vətəndaşlar arasında maarifləndirmə işləri aparılır. Qanunsuz balıq ovu və ya ov qaydalarının pozulması halları aşkar edildikdə qanunvericiliyə uyğun olaraq akt və protokollar tərtib edilir, pozucular barəsində cərimə tətbiq olunur. Daha ağır hallarda isə materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Balıq ehtiyatlarının mühafizəsi istiqamətində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə də birgə reydlər təşkil olunur".

Orxan Hüseyn

Son xəbərlər