"Qala" qoruğunda Novruz şənliyi keçirilib

Qala qoruğunda Novruz şənliyi keçirilib
Video
Sosial 46

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə "Novruz qalası" adlı festival təşkil olunub.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, festival çərçivəsində ziyarətçilərə milli adət-ənənələrimiz nümayiş etdirilib, həmçinin bayram süfrəsinin əsas atributları olan paxlava, şəkərbura və qoğalın hazırlanma prosesi təqdim edilib.

Tədbir iştirakçıları müxtəlif bölgələrimizə məxsus folklor nümunələri və unudulmaqda olan qədim sənət növləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qoruğa gələn qonaqlar təşkil olunan proqramdan məmnun qaldıqlarını bildiriblər.

Sakinlərdən birinin sözlərinə görə, Qala kəndində keçirilən Novruz şənlikləri hər zaman yüksək səviyyədə təşkili ilə seçilir. Ziyarətçilər festival zamanı qədim yaşayış evləri ilə tanış olub, milli mədəniyyətimiz haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin qonaqlar Novruzun rəmzi ənənələrindən biri olan niyyət tutaraq onu budaqlara bağlama mərasimində də fəal iştirak ediblər.

Son xəbərlər