Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonu, Çinarlı kəndi ərazisində yerləşən və Quba-Bakı magistralı ilə Quba-Xaçmaz yolunu birləşdirən yolda yük maşınlarının hərəkəti vətəndaşların narazılığına səbəb olub.
Sözügedən ərazidə yük avtomobillərinin hərəkətini məhdudlaşdıran yol nişanları qoyulsa da, bəzi sürücülər bu qadağaya məhəl qoymurlar. Vətəndaşlar bildirirlər ki, yük avtomobillərinin bu ərazidə hərəkət etməsi həm onlar üçün təhlükə yaradır, həm də yolun sıradan çıxmasına səbəb olur.
Sakinlər məsələ ilə bağlı narazılıqlarını bölüşüblər.
"Yük avtomobilləri həddindən artıq çox keçir. Yollar bərbad gündədir. Məktəblilərin gediş-gəlişində problem yaranır, tıxac olur və gecə saatlarında bu yolla hərəkət etmək mümkün olmur", - onlardan biri söyləyib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...