Qabriela Ramos: COP29-da ən vacib məsələ - iqlim maliyyəsi müzakirə edilir
UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolunu vacib hesab edir və COP29-dan müsbət nəticə gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qabriela Ramos Bakıda COP29 çərçivəsində jurnalistlərə bildirib.
"Gənclərə deyərdim ki, bizə onların iştirakı, səsləri lazımdır. Biz istəyirik ki, onlar insanları məsuliyyətə çağırsınlar, çünki yaşadığımız dünyanı məhz onlar miras alacaqlar. Buna görə də iqlim sahəsində öhdəliklərimizi yerinə yetirməyimiz üçün onların dəstəyi lazımdır", - Q.Ramos bildirib.
O əlavə edib ki, COP29-un çox yaxşı nəticələrinə ümid edir: "Ümidvaram ki, konfransda iştirak edən ölkələr və bütün maraqlı tərəflər bizə lazım olan ambisiya səviyyəsini təmin etmək üçün səy göstərəcəklər".
Q.Ramos qeyd edib ki, Bakıda ən vacib məsələ - iqlim maliyyəsi qaldırılıb: "Düşünürəm ki, bu, çox vacib elementdir. Ötən il İtki Və Zərər Fondu üzrə razılaşma əldə olunduqdan sonra, əlbəttə ki, Azərbaycandakı konfransda maliyyələşdirmə məsələsinə diqqət yetirilməsi məqsədəuyğun idi. Bu, konfransın uğuru üçün vacibdir".
Oxşar xəbərlər
COP29-un prezidenti: Yeni maliyyə strukturu ədalətli olmalıdır
COP29 Paris Sazişinin məqsədlərinə nail olmaqda kollektiv irəliləyişin həqiqi göstəricisi olacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29-un prezi...