Putin göstəriş verdi: Rusiyada gələn həftədən vaksinasiya başlayır

Putin göstəriş verdi: Rusiyada gələn həftədən vaksinasiya başlayır
Sosial 94

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılması barədə tapşırıb verib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiyada koronavirusa qarşı vaksinasiya dekabrın əvvəllərində başlayıb. Vaksinləri 18 yaşdan yuxarı, xroniki xəstəliyi olmayan və son 30 gündə kəskin tənəffüs sistemi xəstəliyi keçirməyən şəxslər vurdura bilər.

Hamilə və süd verən qadınlar üçün vaksinasiya qadağandır.

Qeyd edək ki, Rusiyada koronavirusa qarşı “Sputnik V” peyvəndindən istifadə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər