Psixotrop maddə qəbul edərək sərnişin daşıyan şəxs həbs edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
BDYPİ-nin yol patrul xidməti alayının 11-ci tağımının əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü S.Məmmədzadənin müvafiq kateqoriya olmadan, qanunsuz olaraq rayondaxili sərnişindaşıma ilə məşğul olduğu müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən S.Məmmədzadənin psixotrop maddədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...