Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
"Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na dəyişiklik edilib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Prokurorluq orqanı:
- Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;
- uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;
- uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür".
Oxşar xəbərlər
TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı
Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni təyinat olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbu...