Prokurorluq minaya düşən “Azərişığ”ın əməkdaşı ilə bağlı məlumat yaydı

Prokurorluq minaya düşən “Azərişığ”ın əməkdaşı ilə bağlı məlumat yaydı
Sosial 205

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində “Azərişıq” ASC-nin əməkdaşı Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlunun xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək xəsarət alması barədə Laçın Rayon Prokurorluğuna məlumat daxil olub.

BAKU.WS prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Mahir Əbilovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı topuq nahiyəsindən aşağı travmatik amputasiya olunub.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər